Bəsləsən atlas olar tut yarpağından.

Diligence is the mother of success (good luck). / Cf. Little strokes fell great oaks. / With time and patience the leaf of mulberry becomes satin. / Everything comes to him who waits. / It is dogged that does it. / Constant dropping wears away a stone. / Elbow grease gives the best polish. Терпенье и труд всё перетрут. / Воля и труд дивные всходы дают. / Хочешь есть калачи, так не сиди на печи. / Не потрудиться, так и хлеба не добиться.
bəsdir!
bəsti
OBASTAN VİKİ
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Atlas
Atlas (coğrafi) – 1)xəritə; 2)albom və ya məcmuə şəklində tərtib edilmiş xəritə; 3)cürbəcür xəritələrin, sxemlərin toplusu; 3)müəyyən sistem üzrə toplanmış xəritələr toplusu; 4)dilçilikdə dil və ya dialektlərin yayılma areallarını əks etdirən xəritələr toplusu; 5)göy cismlərinin xəritə və cədvəllərinin toplusu (astronomik atlas); 6)coğrafi müəyyən sistemlə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafi xəritələrin məcmuəsi. Atlasdan müxtəlif sorğu və tədris məqsədilə istifadə olunur. "Atlas" adını ilk dəfə 16 cı əsrdə Herard Merkator tərəfindən gəlmişdir. O, tərtib etdiyi xəritələri toplu halında hazırlayıb və onu "Atlas" adlandırıb və çap olunub. Azərbaycanda nəşr olunmuş atlaslar: "Dünyanın fiziki atlası" (1964), "Dünyanın kiçik atlası" (1975), "Azərbaycanın atlası" (1949, 1963). Azərbaycan Respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərbaycan Milli Elmlər Akademiyasının akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu nəşrə hazırlamışdır. R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009.
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
Tut arağı
Tut arağı — Zaqafqaziyanın bir sıra regionları üçün ənənəvi olan güclü spirtli içkidir. Bu fermentləşdirilmiş tut şirəsinin distillə məhsuludur. Alkoqolun miqdarı 40–80% arasındadır. İçkinin bəzi növləri bir neçə il çəlləkdə saxlanılır. Tut arağı Zaqafqaziya regionunun böyük bir hissəsi, xüsusən Azərbaycan üçün ənənəvi içkidir. Tarixən Qarabağ tut meyvəsindən arağın ən aktiv istehsal olunan ərazilərindən biri olmuşdur: tut arağının xeyli sayda sənaye və ev istehsalı növləri var ki, burada istehsal olunur . Tut arağının hazırlanma tarixi əsrlərlə ölçülür. Onun istehsalının həcmində bir qədər azalma 19-cu əsrdə rus arağının o vaxta qədər Rusiya imperiyasının tərkibinə daxil olan müvafiq Zaqafqaziya ərazilərində geniş yayılmasından sonra baş verdi. Buna baxmayaraq, həm Ermənistanda, həm də Azərbaycanda tut ağacından hazırlanan ənənəvi güclü içki çox geniş yayılmışdır. Maraqlıdır ki, bu ölkələrin sakinləri çox vaxt ona müalicəvi xüsusiyyətlər aid edirlər .
Tut ipəkqurdu
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Tut ağacı
Tutağacı (Mahnişan)
Atlas(topologiya)
Riyaziyyatda, xüsusən də topologiyada bir atlasdan istifadə edilərək bir çoxobrazlı təsvir olunur. Atlas, təxminən desək, çeşidli ayrı-ayrı bölgələri təsvir edən fərdi qrafiklərdən ibarətdir. Əgər çoxobrazlı Yerin səthidirsə, onda bir atlasın daha çox ümumi mənası var. Ümumiyyətlə, Atlas anlayışı, çox yönlü və əlaqəli quruluşların, məsələn, vektor dəstələri və digər lif dəstələri kimi formal tərifin əsasını təşkil edir. Bir atlasın tərifi bir qrafik anlayışına bağlıdır. Bir topoloji məkan M üçün cədvəl (koordinat cədvəli, koordinat yaması, koordinat xəritəsi və ya yerli çərçivə də deyilir) bir homeomorfluqdur φ {\displaystyle \varphi } U açıq bir M-dən Evklid məkanının açıq çoxluqlarlna qədərdir. Qrafik ənənəvi olaraq sifariş edilmiş cüt ( U , φ ) {\displaystyle (U,\varphi )} olaraq qeyd olunur. Bir topoloji məkan üçün bir atlas indeksləşdirilmiş M {\displaystyle M} ailəsidir { ( U α , φ α ) : α ∈ I } {\displaystyle \{(U_{\alpha },\varphi _{\alpha }):\alpha \in I\}} qrafikləru üzərində M {\displaystyle M} hansı ki, M {\displaystyle M} əhatə dairəsini təyin edir(yəni, ⋃ α ∈ A U α = M {\displaystyle \textstyle \bigcup _{\alpha \in A}U_{\alpha }=M} ). Hər bir cədvəlin kodomaini n ölçülü Evklid məkanıdırsa, onda M {\displaystyle M} -in n ölçülü bir çoxobrazlı olduğu deyilir. Bəzi müəlliflər atlastlardan istifadə etsələr də,atlaslar çoxluğu atlaslardır.
Atlas (dəqiqləşdirmə)
Atlas
Atlas (fəqərə)
Atlas (lat. atlas) — onurğa sütununun ilk və eyni zamanda I boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun kəllənin ənsə sümüyü ilə oynaq əmələ gətirməsi ilə izah olunur.
Atlas (topologiya)
Riyaziyyatda, xüsusən də topologiyada bir atlasdan istifadə edilərək bir çoxobrazlı təsvir olunur. Atlas, təxminən desək, çeşidli ayrı-ayrı bölgələri təsvir edən fərdi qrafiklərdən ibarətdir. Əgər çoxobrazlı Yerin səthidirsə, onda bir atlasın daha çox ümumi mənası var. Ümumiyyətlə, Atlas anlayışı, çox yönlü və əlaqəli quruluşların, məsələn, vektor dəstələri və digər lif dəstələri kimi formal tərifin əsasını təşkil edir. Bir atlasın tərifi bir qrafik anlayışına bağlıdır. Bir topoloji məkan M üçün cədvəl (koordinat cədvəli, koordinat yaması, koordinat xəritəsi və ya yerli çərçivə də deyilir) bir homeomorfluqdur φ {\displaystyle \varphi } U açıq bir M-dən Evklid məkanının açıq çoxluqlarlna qədərdir. Qrafik ənənəvi olaraq sifariş edilmiş cüt ( U , φ ) {\displaystyle (U,\varphi )} olaraq qeyd olunur. Bir topoloji məkan üçün bir atlas indeksləşdirilmiş M {\displaystyle M} ailəsidir { ( U α , φ α ) : α ∈ I } {\displaystyle \{(U_{\alpha },\varphi _{\alpha }):\alpha \in I\}} qrafikləru üzərində M {\displaystyle M} hansı ki, M {\displaystyle M} əhatə dairəsini təyin edir(yəni, ⋃ α ∈ A U α = M {\displaystyle \textstyle \bigcup _{\alpha \in A}U_{\alpha }=M} ). Hər bir cədvəlin kodomaini n ölçülü Evklid məkanıdırsa, onda M {\displaystyle M} -in n ölçülü bir çoxobrazlı olduğu deyilir. Bəzi müəlliflər atlastlardan istifadə etsələr də,atlaslar çoxluğu atlaslardır.
Atlas ayısı
Atlas ayısı (lat. Ursus arctos crowtheri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bəzən onları müstəqil növ olaraq qiymətləndirirlər. Onların yaşayış arealı Atlas dağlarından başlayaraq, Mərakeşdən Liviya ərazisinə qədər uzanırdı. Altlas ayıları qənimət olaraq ovlanılır və ya idman yarışlarında öldürülürdü. Sonuncu sərd ovçular tərəfindən Mərakeşin şimalında 1870-ci illərdə öldürülmüşdür. Ondan sonra bu canlılar haqqında məlumat əldə edilməmişdir. Atlas ayıları əsssən tünd qəhvəyi rəngdə oludular. Üstəlik sifət nahiyyəsində ağ ləkələr müşahidə edilirdi. Xəzin qalınlığı 10-12 sm olurdu.
Atlas dağları
Cart Dagları — Afrika qitəsinin Şimal qərbində yerləşir. Atlas dağları Mərakeş, Əlcəzair, Tunis ərazilərindən keçən Böyük dağ sırasıdır. Atlas dağları Afrika materikində yerləşir. Atlas Dağları, Afrika kıtasının kuzeybatısında, Fas, Cəzairr ve Tunis ölkələrindən keçən böyük bir dağ sırasıdır.'Dağ' terminləri bəzi bərbər dillərində Adrar və adrasdır və bu terminlərin Atlas toponiminin qohumları olduğuna inanılır. Dağlar əsasən Afrikada rast gəlinən, lakin bəziləri Avropada tapıla bilən bir sıra heyvan və bitkilərə ev sahibliyi edir. Bu növlərin bir çoxunun nəsli kəsilməkdə, bəzilərinin isə artıq nəsli kəsilməkdədir. Hava ümumiyyətlə sərindir, lakin yayı günəşli olur və orada orta temperatur 25°C-dir Uzunluğu 2400 kilometr olan Atlas dağlarının ən yüksək nöqtəsi Mərakeş dövlətinin cənub qərbində 4167 metr yüksəkliyindəki Toubkal zirvəsidir. Atlas dağları, Şimal-Qərbi Afrikanın Ağdəniz yaxınlıqları ilə Səhra Çölünü ayıran bir divar kimidir. Keçdiyi yerlərdə ərəblər və bərbər millətləri yaşayırlar. Atlas dağlarının yaradılmasının milyonlarla il əvvəl öncəsində Afrika və Amerika qitələrinin ayrılmadan öncə birləşmədən qaynaqlandığı, Şimali Amerikanın Appalaç dağlarının da eyni geometrik hərəkətin nəticəsi olaraq yarandığı təxmin edilməkdədir.
Atlas kinostudiyası
«Atlas» kinostudiyası (ərəb. استوديوهات أطلس‎, ing. Atlas Corporation Studios) — Mərakeşin Varzazat şəhərinin 5 kilometr (3.1 mil) qərbində yerləşən kinostudiya. Kinostudiya 1983-cü ildə Mərakeş sahibkarı Məhəmməd Bəlğimi tərəfindən təsis edilmişdir. «Atlas» kinostudiyası 650 hektarlıq bir ərazidə qurulmuşdur və hal-hazırda ölkənin ən böyük kinostudiyasıdır. Buna görə də kinostudiyanın yerləşdiriyi şəhər – Varzazat «Mərakeşin Hollivudu» və ya «Mollivud» adlanır.
Atlas sidri
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Atlas silkələndi
Atlas silkələndi (ing. Atlas Shrugged) — Ayn Randın 1957-ci ildə yazdığı roman. Bu, onun ən uzun, həyatda olarkən nəşr olunan dördüncü və sonuncu romanı idi və Rand bu romanı bədii ədəbiyyat sahəsində özünün ən böyük əsəri hesab etmişdir. "Atlas silkələndi" elmi fantastika və romantizm elementlərini ehtiva edir və Randın əsərləri arasında obyektivizmin ən geniş ifadə edildiyi əsərdir. Rand "Atlas silkələndi"-nin ideyasını "insan zehninin var oluşdakı rolu" kimi təsvir etmişdir. Kitab Randın sonralar obyektivizmi inkişaf etdirəcəyi bir sıra fəlsəfi mövzuları, mülkiyyət hüquqları, fərdiyyətçilik, libertarianizm və kapitalizmi araşdırır və Randın hökumətin qoyduğu məcburiyyətlərin yaratdığı uğursuzluqlar kimi gördüklərini təsvir edir. "Atlas silkələndi" əsasən mənfi rəylər alsa da, əsər sonrakı onilliklərdə davamlı populyarlıq və satışlar əldə etdi. Romana müxtəlif libertarian və mühafizəkar mütəfəkkirlərə və siyasətçilərə təsir kimi istinad edilmişdir.
Tut ağacı (Soyuqbulaq)
Tut ağacı (fars. توت اغاج‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 237 nəfər yaşayır (38 ailə).
Tut qalxanlı yastıcası
Tut çanaqlı yastıca
Bacarırsansa Tut Məni
Bacarırsansa Tut Məni (ing. Catch Me If You Can) — 2002-ci ildə Frenk Ebiqneyl-ın həyat hekayəsi əsasında çəkilmiş komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan film, 19 yaşlı dahi Frenk Ebiqneyl-ın özünü Pan American World aviaşirkətində pilot kimi göstərərək çox milyon dollarlıq çek fırıldaqçılığı etdiyindən bəhs edir. Corciyada həkim və Luizianada prokuror. Ebiqneyl rolunu Leonardo DiKaprio canlandırsa da, filmin digər mühüm aktyorları Tom Henks, Kristofer Uolken, Emi Adams, Martin Şin və Nathalie Bayedir.
Airbus A400M Atlas
Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsi.
Atlas bulud (roman)
"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır. Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır. Adam Yuinqin sakit okean jurnalı. İlk hekayə Sakit okeanın arxipelaqlarından olan Çatem adasından başlanır. Kaliforniyada qızıl hərisliyi dövründə San-Fransiskolu notarius Ada'm Yuinq gəmisinin təmirə dayandığı vaxtda Henri Qus adlı həkimlə tanış olur. O adada sülhməramlı Moriori tayfasının döyüşkən Maori tayfası tərəfindən əsatirindən xəbər tutur.